Tələb olunarsa, NTD iriölçülü və çox ağır yüklərin dəniz, yol, hava və dəmir yolu ilə daşınmasını təşkil edə bilər.
Buna xidmətlərin tam bağlaması daxildir:
– Limandan limana daşınma (tam və yarım yük)
– Liman terminallarında yükün vurulması və boşaldılması
– Xüsusi avadanlıqlar ilə yolda və dəmir yolunda daşınma
– Dəmir yolu daşınması üçün xüsusi yüklənmə sexmləri mühəndisliyi
– Lisenziyaların və icazə kağızlarının təşkili
– Mühafizə dəstələrinin və pilot maşınlarının təşkili
NTD-nin iriölçülü və ağır çəkili tikinti-texniki maşınların, mədən işləri və qazma avadanlıqlarının, qayıq və yaxtaların, kənd təsərrüfatı texnikalarının və digər növ müstəsna yüklərin daşınmasında dərin təcrübəsi vardır.